Rudiger Həbibə “əlcək” atdı
İdman
17.09.2024 14:37
Antonio Rudiger Həbib Nurməhəmmədovu təkbətək döyüşə dəvət etdi.
TodayPress xəbər verir ki, "Real Madrid" futbol klubunun və Almaniya yığma komandasının müdafiəçisi Antonio Rudiger sosial şəbəkələrdə UFC Şöhrət Zalının üzvü rusiyalı Həbib Nurməhəmmədovun yaşıl meydanda məşq edərkən fotosunu yerləşdirdiyi paylaşıma cavab verib.
Rudiger, qardaş, bəlkə birə-bir? zarafatla yazıb.
Həbib, “Birə bir? Bu, futbol deyil, MMA, diqqətli ol” deyə eyni ruhda cavab verib.
Qeyd edək ki, Antonio Rudiger 2014-cü ildən Almaniya millisində çıxış edir. O, yığmanın heyətində 74 oyun keçirib.
Həbib peşəkar səviyyədə 29 döyüş keçirib və bir dəfə də olsun məğlubiyyətlə üzləşməyib. Nurməhəmmədovun UFC-də son döyüşü 24 oktyabr 2020-ci il Abu Dabidə amerikalı Castin Qetciyə qarşı baş tutub. Həbib boğma fəndi ilə qalib gəldi.
Namiq HUN
tag: Rudiger, MMA, Həbib, Nurməhəmmədov ,Döyüş ,todaypress.az,