Rud van Nistelroy "Mançester Yunayted"dən ayrıldı
İngiltərə təmsilçisi "Mançester
Yunayted"in məşqçisi Rud van Nistelroy komandadan ayrılıb.
TodayPress xəbər verir ki, bu barədə klubun mətbuat
xidməti məlumat yayıb.
O, Erik ten Haqın istefasından sonra "qırmızı
şeytanlar"a müvəqqəti baş məşqçi təyin edilmişdi.
48 yaşlı mütəxəssis Ruben Amorimin komandaya yeni rəhbər
təyin edilməsindən sonra postu ilə vidalaşıb.
Qeyd edək ki, Rud van Nistelroy cari mövsümün əvvəli
"Mançester Yunayted"ə qoşulmuşdu.
tag: İdman, Erik ten Haq, Ruben Amorim, Mançester Yunayted, todaypress.az,