Ruben Amorim yeni antirekord müəyyən etdi
İdman
27.12.2024 10:12
Ruben Amorim “Mançester Yunayted”də antirekorda imza atıb.
TodayPress xəbər verir ki, “qırmızı şeytanlar” portuqaliyalı mütəxəssisin rəhbərliyi ilə Premyer Liqada keçirdiyi 7-ci oyunda 4-cü dəfə uduzub.
Komanda Premyer Liqanın XVIII turunda “Vulverhempton”a 0:2 hesabı ilə məğlub olub.
Bununla da, Ruben Amorim Erik Ten Haaqın uğursuz nəticəsini yeniləyib. Niderlandlı mütəxəssis 4-cü məğlubiyyətini 13-cü matçında yaşamışdı.
Qeyd edək ki, “Mançester Yunayted” daha əvvəl “Arsenal”a (0:2), “Nottigem Forest”ə (2:3), “Bornmut”a (0:3) uduzub.
Namiq HUN
tag: Premyer, Liqa, Antirekord ,Matç, todaypress.az,