Ruban Rumıniya çempionatında adından söz etdirdi
İdman
20.01.2025 13:15
Qadın voleybolçulardan ibarət Azərbaycan yığma komandasının üzvü Yelizaveta Ruban Rumıniya çempionatında növbəti oyununa çıxıb.
TodayPress xəbər verir ki, hücumçu “Alba” klubunun heyətində "Tarqovişte"yə qarşı oynayıb.
Görüş “Alba”nın 3:1 hesablı qələbəsi ilə başa çatıb. Komandasına 21 xal qazandıran Yelizaveta Ruban matçın ən məhsuldar voleybolçusu olub.
Qeyd edək ki, 15 oyundan sonra aktivində 36 xalı olan Blajın “Alba” klubu çempionatda ilk üçlüyü təşkil edir. “Alba” çempionatın lideri olan Buxarest “Dinamo”sundan 3 xal geri qalır.
Namiq HUN
tag: İdman, Voleybol, Azərbaycan yığma, Ruminya,todaypress.az,