Ruban final seriyasının ən yaxşı oyunçusu seçildi

İdman

10.04.2025 17:35

6

Voleybol üzrə Azərbaycan yığma komandasının üzvü Yelizaveta Ruban Rumıniya çempionatında final seriyasının ən yaxşı oyunçusu - MVP seçilib.   

TodayPress xəbər verir ki, hücumçunun çıxış etdiyi “Alba” klubu “Voluntari”dən ilk oyundakı (2:3) məğlubiyyətin əvəzini çıxa bilib. 

Ruban “Alba”nın (3:1) qalib gəldiyi oyunda 26 xal toplayaraq yüksək məhsuldarlıq nümayiş etdirib. 

Nəticədə final seriyasında hesab bərabərləşib 1:1. 

 Namiq HUN

tag: Azərbaycan,Voleybol,Yelizaveta Ruban,MVP,Todaypress.az,