Ruban "Alba"nın uğurunda pay sahibi oldu
İdman
12.12.2024 13:19
Azərbaycan milli komandasının voleybolçusu Yelizaveta Ruban CEV kuboku matçında ən məhsuldar oyunçu olub.
TodayPress xəbər verir ki, Rubanın çıxış etdiyi Rumıniyanın "Alba" klubu 1/8 final mərhələsinin cavab oyununda "Prostejov"u (Çexiya) məğlub edib 3:2.
Yelizaveta oyunda 12 xal toplamaqla komandanın növbəti mərhələyə yüksəlməsinə kömək edib.
Qeyd edək ki, rəqiblərin Çexiyada keçirilən ilk oyununda da "Alba" 3:1 hesabı ilə qalib gəlib.
Namiq HUN
tag: Rumıniya, Çexiya, Çıxış, Mərhələ, todaypress.az,