Ronaldonun təsviri olan 7 avroluq sikkə buraxılacaq
İdman
02.01.2025 18:20
Portuqaliyada hücumçu Kriştiano Ronaldonun təsviri olan kolleksiya sikkəsinin buraxılması planlaşdırlır.
TodayPress “Sportune”yə istinadən xəbər verir ki, 7 avroluq sikkə 25 min nüsxədə olacaq.
Numizmatika ekspertləri sikkənin dəyərinin dəfələrlə artacağını bildirirlər.
Sikkənin dəyəri hətta 144 min avroya çata bilər. Əsas səbəb kimi sikkənin nadirliyi və “Portuqaliyada Ronaldonun müstəsna aurası” göstərilir.
Namiq HUN
tag: Ronaldo ,Portuqaliya ,Sikkə ,Avro ,todaypress.az,