Ronaldonun oğlu Portuqaliya yığmasında debüt etdi
Ulduz futbolçu Kriştiano Ronaldonun oğlu Portuqaliya yığmasında debüt edib.
TodayPress xəbər verir ki, kiçik Ronaldo ölkənin U-15 komandasının formasını geyinib.
14 yaşlı futbolçu Xorvatiyada keçirilən turnirdə Yaponiya ilə görüşün 54-cü dəqiqəsində meydana daxil olub. Qarşılaşma Portuqaliya yığmasının qələbəsi ilə yekunlaşıb. 7 nömrəli formada meydana çıxan Ronaldo JR bu görüşdə fərqlənə bilməyib.
tag: Portuqaliya, U-15, Yaponiya, Xorvatiya, Ronoldo,todaypress.az,