Ronaldodan unikal göstərici

İdman

08.03.2025 18:00

1835

“Əl-Nəsr” klubunun hücumçusu Kriştiano Ronaldo unikal nailiyyətə nail olub.   

TodayPress Britaniya mətbuatına istinadən xəbər verir ki, portuqaliyalı futbolçu həm 30 yaşınadək, həm də 30 yaşından sonra 463 qol vurub. 

Ümumilikdə Kriştiano karyerası ərzində 926 qola imza atıb.   

Ronaldo qollardan 791-ni klub səviyyəsində, 135-ni isə Portuqaliya millisinin heyətində vurub. 

Qeyd edək ki, 40 yaşlı Ronaldo “Əl-Nəsr”ə qədər “Sportinq”, “Mançester Yunayted”, “Real Madrid” və “Yuventus”da çıxış edib.   

Namiq HUN

tag: Ronaldo, Ərəbistan, Əl-Nəsr,Unikal,926,Qol,Todaypress.az,