Ronaldodan növbəti unikal göstərici
İdman
10.01.2025 10:01
“Əl-Nəsr” futbol klubu Səudiyyə Ərəbistanı çempionatının XIV turunda “Əl Ohdud”u qəbul edib.
TodayPress xəbər verir ki, görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsiylə başa çatıb.
“Əl-Nəsr”in heyətində Sadio Mane dubl edib. Qollardan birini isə Kriştiano Ronaldo vurub. Portuqaliyalı hücumçu görüşdə fərqlənməklə unikal göstəriciyə imza atıb.
Ronaldo karyerasında 24 futbol təqvimi ilinin hər birində qol vuran ilk futbolçu adını qazanıb. 39 yaşlı hücumçu rəsmi görüşlərdə 917 qol vurub.
Namiq HUN
tag: Futbolçu ,Hərbi ,Qol, Kriştiano, todaypress.az,