Ronaldodan növbəti rekord göstərici
İdman
19.06.2024 09:30
AVRO-2016 çempionu, Portuqaliyanın ulduz futbolçusu Kriştiano Ronaldo Avropa çempionatında rekord qırıb.
TodayPress xəbər verir ki, 39 yaş 134 günündə Çexiya yığmasına qarşı matçda meydana çıxan Ronaldo 6 Avropa Çempionatında iştirak edən ilk futbolçudur.
O, daha əvvəl Avro-2004, 2008, 2012, 2016 və 2020-ci illərdə meydanda top oynadıb.
25 matçda 14 dəfə qapılara yol tapan forvard turnir tarixində ən çox oyun keçirən və ən çox qol vuran futbolçudur.
Xatırladaq ki, Kriştiano Ronaldo zərbələrin sayına (5) görə Çexiya ilə matçın ən yaxşı oyunçusu seçilib. O, eyni zamanda qarşılaşmanı 100%-lik dəqiq ötürmə ilə (22/22) başa vurub.
Namiq HUN
tag: Kriştian Ronaldo, Çexiya, Portuqaliya millisi,Avropa çempionatı,todaypress.az,