Ronaldodan Mbappeyə dəstək - SƏBRSİZLƏNİRƏM
İdman
04.06.2024 11:56
Ronaldo Mbappenin “Real Madrid”ə keçidinə münasibət bildirib.
TodayPress xəbər verir ki, Kriştiano Ronaldo Los Blankosda Kilian Mbappedən hərarətli oyun gözlədiyini vurğulayıb.
Qeyd edək ki, “Real” fransalı hücumçu ilə 5 illik müqavilə imzalayıb. Mbappe azad agent statusunda Madrid klubuna keçib. Klubun mesajından sonra fransalı sosial şəbəkələrdə Madrid komandasının fonunda fotolarını yayımlayıb. Şəkillərin birində o, Ronaldo ilə birlikdədir.
“Mənim növbəmdir (sizi izləmək). Sənin “Santyaqo Bernabeu”nu silkələyəcəyin anı seyr etmək üçün səbirsizlənirəm. Yaşasın Madrid” Ronaldo paylaşıma şərhdə yazıb.
Namiq HUN
tag: Ronaldo, Mbappe, Real Madrid, Dəstək, todaypress.az,