Ronaldo yeni təklif aldı
İdman
13.07.2024 10:04
"Əl-Nəsr" klubu portuqaliyalı futbol ulduzu Kriştiano Ronaldo ilə müqaviləsini 2026-cı ilə qədər uzatmağı planlaşdırır.
TodayPress xəbər verir ki, Səudiyyə Ərəbistanı təmsilçisi artıq 39 yaşlı futbolçu ilə danışıqlara başlayıb.
Sözləşmənin 2026-cı ilə qədər uzadılması Ronaldonun Dünya çempionatında iştirak şansını artıracaq. Bundan başqa, hücumçunun Səudiyyə Ərəbistanı çempionatında iştirakından liqa dəyər qazanır.
Qeyd edək ki, Kriştiano Ronaldonun “Əl-Nəsr” klubu ilə hazırkı müqaviləsi 2025-ci ilin yayına qədərdir. Forvard ötən mövsüm bütün turnirlərdə 45 matçda iştirak edib. O, bu görüşlərdə 44 qol vurub və 13 məhsuldar ötürmə verib.
Namiq HUN
tag: Ronaldo, Ərəbistan, Əl-Nəsr, Forvard, Müqavilə, todaypress.az,