Ronaldo yeni rekord müəyyən etdi
İdman
22.08.2024 09:06
Portuqaliyalı futbol ulduzu Kriştiano Ronaldo "YouTube" platformasında rekorda imza atıb.
TodayPress ESPN-ə istinadən xəbər verir ki, hücumçunun yutub kanalı yaradıldıqdan cəmi bir saat yarım sonra ona bir milyon insan abunə olub.
"YouTube" bu münasibətlə futbolçunu təbrik edib.
Qeyd edək ki, Ronaldo 2023-cü il yanvarın 2-də illik 200 milyon avro qarşılığında Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu ilə müqavilə imzalayıb.
Kriştianu Ronaldo karyerası ərzində beş dəfə “Qızıl top” mükafatının, beş dəfə isə UEFA Çempionlar Liqasının qalibi olub.
Namiq HUN
tag: Ronaldo, Əl-Nəsr,Portuqaliya, Qızıl Top, UEFA, todaypress.az,