Ronaldo yeni rekord müəyyən etdi

İdman

06.09.2024 11:30

Kriştiano Ronaldo karyerasında 900 qol vuran ilk futbolçu olub.

TodayPress xəbər verir ki, Futbol üzrə Portuqaliya millisinin hücumçusu Millətlər Liqasının qrup mərhələsində Xorvatiya ilə oyunda fərqlənib.

Bu qol forvardın karyerasında 900-cü olub. O, tarixdə bu rekorda çatan ilk futbolçudur.

FIFA-nın məlumatına görə, Ronaldo 2022-ci ilin martında rəsmi oyunlarda vurduğu qolların sayına görə avstriyalı və çexoslovakiyalı hücumçu Yozef Biçanı keçərək, ən məhsuldar futbolçu olub.

Qeyd edək ki, Biçan təxminən 805 qolun müəllifidir, vurulan qolların dəqiq sayı məlum deyil. O, 1931-1957-ci illərdə oynayıb.

Namiq HUN

tag: FIFA,Ronaldo, Portuqaliya,Futbol,todaypress.az,