Ronaldo yeni müqaviləyə imza atdı
Kriştiano Ronaldo Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu ilə müqaviləsinin müddətini uzadıb.
TodayPress xəbər verir ki, portuqaliyalı hücumçunun Ər-Riyad təmsilçisi ilə yeni müqaviləsinin müddəti 2026-cı ilin yayına kimi nəzərdə tutulub.
Bu barədə insayder Nikolo Şkira sosial şəbəkə səhifəsində məlumat paylaşıb.
40 yaşlı futbolçunun klubla hazırkı müqaviləsinin müddəti 2025-ci ilin yayına qədər idi.
Qeyd edək ki, Kriştiano Ronaldo cari mövsüm “Əl-Nəsr”in heyətində meydana çıxdığı 25 matçda 23 qol vurub və 4 məhsuldar ötürmə edib.
Namiq HUN
tag: Kriştiano Ronaldo ,Səudiyyə Ərəbistanı,Əl-Nəsr, Nikolo Şkira,Todaypress.az,