Ronaldo yenə adından söz etdirdi
Portuqaliyalı futbol ulduzu Kriştiano Ronaldo qollarının sayını 931-ə yüksəldib.
TodayPress xəbər verir ki, hücumçunun şərəfini qoruduğu Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu XXVI turda “Əl-Hilal”ın qonağı olub.
Kriştiano Ronaldonun dubl etdiyi oyun “Əl-Nəsr”in 3:1 hesablı qələbəsi ilə başa çatıb.
40 yaşlı forvard matçın 47 və 88-ci dəqiqələrində fərqlənib.
Bələliklə, futbol tarixinin ən yaxşı bombardiri olan Ronaldo bununla peşəkar karyerasındakı qolların sayını 931-ə çatdırıb.
Namiq HUN
tag: Ronaldo,Əl-Nəsr,Futbol,Qol,Todaypress.az,