Ronaldo: “Vinisius “Qızıl top”u qazanmalı idi”

İdman

28.12.2024 09:52

Kriştiano Ronaldo “Qızıl top”a kimin layiq olduğunu açıqlayıb. 

TodayPress xəbər verir ki, portuqaliyalı ulduz futbolçu “France Football” nəşrinin təsis etdiyi mükafatı Vinisius Juniorun qazanmalı olduğunu bildirib.  

Ronaldo “Globe Soccer Awards”ın mükafatlandırma mərasimində deyib:

“Rodri də mükafata layiq idi. Amma Vinisius Çempionlar Liqasını qazanıb və finalda qol vurub. Bu amil onun daha layiq olduğunu göstərir. Ədalətsizlik olub”.

Qeyd edək ki, “France Football” nəşrinin təsis etdiyi “Qızıl top” mükafatını İspaniya yığmasının yarımmüdafiəçisi Rodri qazanıb. O, səsvermədə Vinisius Junior və Cud Bellinqemi qabaqlayıb.

Namiq HUN

tag: Vinisus, Ronaldo, Qazanmaq ,Liqa, todaypress.az,