Ronaldo “Reala”a 5 verdi

İdman

11.09.2024 13:48

1540

Kriştiano Ronaldo ən yaxşı hesab etdiyi klubun adını açıqlayıb. 

TodayPress xəbər verir ki, “Əl-Nəsr”in və Portuqaliya millisinin hücumçusu futbol tarixinin ən yaxşısı hesab etdiyi klubun adını açıqlayıb.

"Real" tarixin ən yaxşı klubudur və mən orada oynamaqdan çox xoşbəxt idim. Klubun bütün zamanlarının ən yaxşı bombardiri oldum, dörd Çempionlar Liqasını qazandıq, bu, gözəl idi”.

Xatırladaq ki, Ronaldo 2009-2018-ci illərdə Madrid təmsilçisində çıxış edib. O, bu müddət ərzində 438 oyuna çıxıb, 450 qol vurub və 131 qol ötürməsi verib. Forvard “kral klubu” ilə 4 Çempionlar Liqası kubokunu qazanıb.


Namiq HUN

tag: Ronaldo, Avropa, Çempion, Səudiyyə Ərəbistan,Əl-Nəsr,Forvard,Portuqaliya,todaypress.az,