Ronaldo “Quinas de Platina” mükafatını qazandı

İdman

12.11.2024 17:35

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Kriştiano Ronaldo mükafata layiq görülüb.

TodayPress xarici KİV-ə istinadən xəbər verir ki, forvarda Portuqaliya Futbol Federasiyasının “Quinas de Platina” mükafatı təqdim edilib.

"Quinas de Platina" federasiyanın ən nüfuzlu mükafatıdır.

Qeyd edək ki, Ronaldo Portuqaliya millisinin heyətində keçirdiyi 216 oyunda 133 qol vurub. 

39 yaşlı futbolçu 2023-cü ilin əvvəlində Səudiyyə Ərəbistanı çempionatına keçib. Hücumçu ilə “Əl-Nəsr” klubu arasındakı hazırkı müqavilə 2025-ci ilin yayına kimi nəzərdə tutulub.

Namiq HUN

tag: Səudiyyə Ərəbistan, Əl-Nəsr, Kriştiano Ronaldo,Quinas de Platina,Portuqaliya, todaypress.az,