Ronaldo qollarının sayını artırdı
İdman
30.11.2024 09:06
Kriştiano Ronaldo qollarının sayını 915-ə çatdırıb.
TodayPress xəbər verir ki, portuqaliyalı forvard Səudiyyə Ərəbistanı çempionatında fərqlənib.
“Əl-Nəsr” klubunun hücumçusu “Damak”la matçda dubl edib. O, birinci hissənin 17-ci dəqiqəsində penaltidən oyunda hesabı açıb. 79-cu dəqiqədə isə Ronaldo matçın yekun nəticəsini müəyyən edib 2:0.
Hazırda Ronaldonun aktivində 915 qol var.
Qeyd edək ki, Kriştiano Ronaldo daha əvvəl hədəfinin 1000 qola çatmaq olduğunu bildirib.
Namiq HUN
tag: Ronaldo, Səudiyyə Ərəbistan, Damak, Qol, Rekord, todaypress.az,