Ronaldo: “Qol vurduğum an yaşadığım adrenalin üçün darıxacağam”
İdman
20.09.2024 18:30
Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Kriştiano Ronaldo karyerasını başa vurduqdan sonra hansı hissləri keçirəcəyindən danışıb.
TodayPress xəbər verir ki, hücumçu fikirlərini bir cümlə ilə ifadə edib:
"Karyeramı başa vurduqdan sonra, düşünürəm ki, qol vurduğum an yaşadığım adrenalin üçün daha çox darıxacağam".
Bu mövsüm portuqaliyalı forvard “əl-Nəsr”in heyətində meydana çıxdığı 5 matçda 4 qol vurub və 2 məhsuldar ötürmə edib.
Qeyd edək ki, Kriştiano 2023-cü ildən “Əl-Nəsr”də çıxış edir. 39 yaşlı futbolçunun klubla müqaviləsi 2025-ci ilə qədərdir.
Namiq HUN
tag: Portuqaliya, Səudiyyə Ərəbistan ,Əl-Nəsr ,Kiriştiano Ronaldo, Karyera, todaypress.az,