Ronaldo qol sayını 927-yə çatdırdı
“Əl-Nəsr” klubu Asiya Elit Çempionlar Liqasının 1/8 final matçında İran təmsilçisi “İstiqlal”ı məğlub edib.
TodayPress xəbər verir ki, Ər-Riyadda baş tutan görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Kriştiano Ronaldo komandasının qələbəsində pay sahibi olub. “Əl-Nəsr”in yeni transferi Con Duran isə dubl edib.
Qeyd edək ki, komandalar arasında İranda baş tutan ilk oyun qolsuz bərabərliklə başa çatdığından “Əl-Nəsr” Asiya Çempionlar Liqasının 1/4 final mərhələsinə vəsiqə qazanıb.
Namiq HUN
tag: Ronaldo, Ərəbistan, Əl-Nəsr, Forvard, todaypress.az,