Ronaldo qol sayını 902-yə çatdırdı
İdman
21.09.2024 12:35
Portuqaliya millisinin və “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo karyerasının 902-ci qolunu vurub.
TodayPress xəbər verir ki, 39 yaşlı futbolçu Səudiyyə Ərəbistanı çempionatında “Əl İttifaq”la oyunda (3:0) fərqlənib.
Penalti zərbəsini dəqiq yerinə yetirərək oyunda hesabı açan Ronaldo rəsmi matçlarda 902 qol vuran ilk futbolçu olub.
Kriştiano qollarının 132-ni milli komandada, digərlərini isə müxtəlif klubların heyətində vurub.
O, dünya futbolu tarixinin ən yaxşı bombardiridir.
Namiq HUN
tag: Portuqaliya, Əl-Nəsr ,Ronaldo, Səudiyyə Ərəbistan ,Qol ,todaypress.az,