Ronaldo prezident postuna namizəd oldu

İdman

17.12.2024 12:27

Braziliya millisinin sabiq futbolçusu Ronaldo Nazario ölkə Futbol Federasiyasının (CBF) yeni prezidenti postuna namizəd olub.

TodayPress xəbər verir ki, bu barədə “Globo” məlumat yayıb.

“Yüzlərlə motivim var, amma ən əsası dünya səviyyəsində Braziliya futboluna hörməti bərpa etməkdir. Çox vaxt insanlar məni küçədə saxlayıb karyeramı davam etdirməyimi xahiş edirlər. Çünki milli komandada indi həm meydanda, həm də meydandan kənarda vəziyyət heç də yaxşı deyil” Ronaldo bildirib.

Qeyd edək ki, Braziliya Futbol Federasiyasının yeni prezidenti üçün seçkilər 2026-cı ilin martından gec olmayaraq keçirilməlidir. 

Namiq HUN

tag: Braziliya,Futbol, Prezident, Post, Namizəd, todaypress.az,