Ronaldo penaltidən sonra ağlamasının səbəbini açıqladı

İdman

14.09.2024 12:26

Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo Avropa çempionatının 1/8 finalında Sloveniya ilə matçda penaltini qaçırdıqdan sonra niyə ağladığına aydınlıq gətirib. 

TodayPress xəbər verir ki, forvard "öz işinə bağlı olduğunda, necə hiss etdiyin barədə narahat ola bilməzsən” deyib. 

“Penaltini vura bilmədiyim gün ağladım. Ağlamağıma səbəb penaltini vurmasam və Portuqaliya mübarizədən kənarlaşdırılsa, dünyanın mənim üstümə yıxılacağını hiss etməyimdən deyil. Bunun səbəbi bu deyil. Bu insanlar məni tanımır.

Son 27 penaltini vurduqdan sonra birini qaçıranda özünü pis hiss edirsən. Stadiona gələnləri düşünüb, kədərləndim. Məncə, sizə elə gəlir ki, penaltini buraxdım və Portuqaliya mənə qəzəblənəcək, Kriştianonun penaltini qaçırdığı üçün uğur qazanmadığımızı deyəcəklər? Bu barədə heç düşünməmişdim” Ronaldo bildirib. 

Namiq HUN

tag: Ronaldo, Portuqaliya ,Penalti, Stadion, Sloveniya ,todaypress.az,