Ronaldo paylaşımı ilə portuqalları qəzəbləndirdi
İdman
13.12.2024 15:26
Kriştiano Ronaldo Səudiyyə Ərəbistanının 2034-cü il dünya çempionatında tarix yazacağını bəyan edib.
TodayPress xəbər verir ki, Ronaldonun bu açıqlaması 2030-cu il mundialına ev sahibliyi edəcək ölkələrdən biri olan Portuqaliyada birmənalı qarşılanmayıb.
Bir çox portuqaliyalı fanat ulduz futbolçunu tənqid edib.
Kriştiano Ronaldo sosial şəbəkədəki yazısında "infrastrukturu, stadionları, azarkeşləri gördükdən sonra 2034-cü ilin ən yaxşı dünya çempionatı olacağına əmin oldum. Bu gün birlikdə olduğum oğlanlardan bir və ya ikisi Dünya Çempionatında oynayacaq” deyə vurğulayıb.
Namiq HUN
tag: Kriştiano Ronaldo, Futbolçu, Stadion, Qəzəb, todaypress.az,