Ronaldo növbəti qolunu vurdu
Kriştiano Ronaldo karyerasında vurduğu qollarının sayını 928-ə çatdırıb.
TodayPress xəbər verir ki, “Əl-Nəsr” klubunun forvardı Səudiyyə Ərəbistanı çempionatının XXV turu çərçivəsində “Əl Kholood”la (3:1) oyunda fərqlənib.
40 yaşlı portuqaliyalı futbolçunu 1000 qol həddindən cəmi 72 top ayırır.
Qeyd edək ki, dünya futbolu tarixində ən çox fərqlənən üçlüyü Ronaldo ilə yanaşı, Lionel Messi (853) və Pele (762) təşkil edir.
Namiq HUN
tag: Ronaldo, Ərəbistan, Əl-Nəsr, Forvard,Qol,Todaypress.az,