Ronaldo millidən xəbərdarlıq etmədən ayrılacaq

İdman

27.08.2024 09:57

“Əl-Nəsr” klubunun hücumçusu və Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo yığmadakı karyerasından danışıb.

TodayPress xəbər verir ki, forvard milli karyerasını bitirməyi ilə bağlı verəcəyi qərarın ani olacağını deyib:

“Bu qərar həm kortəbii, həm də düşünülmüş olacaq. Lakin bu barədə əvvəlcədən heç kimin xəbəri olmayacaq. Milli komandanı təmsil etməkdən hədsiz qürur duyuram. Ona görə də, Portuqaliya millisindən ayrılmaq qərarına gələndə heç kimə əvvəlcədən xəbərdarlıq etməyəcəm. Bu, mənim tərəfimdən çox kortəbii, həm də, çox düşünülmüş qərar olacaq” deyə Ronaldo bildirib.

Namiq HUN

tag: Əl-Nəsr, Ronaldo, Milli Komanda, Portuqaliya, Hücumçu, todaypress.az,