Ronaldo milli heyətdə 200-cü matçına çıxdı

İdman

16.10.2024 10:33

UEFA Millətlər Liqasının IV turunda Şotlandiya ilə matç (0:0) Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo üçün əlamətdar olub.

TodayPress xəbər verir ki, “Hampden Park” qarşılaşması Ronaldonun millinin ilk 11-liyinə daxil olduğu 200-cü matç kimi qeydə alınıb.

Forvard Portuqaliya millisinin start heyətində ilk dəfə 2003-cü il oktyabrın 11-də Albaniya ilə yoldaşlıq oyununda (5:3) meydana çıxıb.

Qeyd edək ki, Kriştiano Ronaldo Portuqaliya millisi ilə bütün turnirlərdə 216 oyun keçirib. O, bu görüşlərdə 133 qol vurub və 45 məhsuldar ötürmə edib. 

Namiq HUN

tag: UEFA, Millətlər Liqası ,Ronaldo ,Portuqaliya ,Şotlandiya, todaypress.az,