Ronaldo məvacibdə hamını üstələdi

İdman

10.01.2025 14:43

“Footmercato” idman nəşri 2024-cü ildə ən çox maaş alan futbolçuların reytinqini açıqlayıb.

TodayPress xəbər verir ki, sıralamaya “Əl-Nəsr” klubunun hücumçusu Kriştiano Ronaldo başçılıq edir. 

Ötən il portuqaliyalı ulduz futbolçunun qazancı 263 milyon avro təşkil edib. 

Reytinqdə ikinci yeri 124 milyon avro qazancla “İnter Mayami” klubunun argentinalı futbolçusu Lionel Messi tutub.

 İlk üçlüyü “Əl-Hilal” klubunun futbolçusu Neymar tamamlayıb. Braziliyalı futbolçunun maaşı 101 milyon avro təşkil edib. 

Namiq HUN

tag: İnter, Ronaldo ,Futbolçu, Mayami ,todaypress.az,