Ronaldo: “Mən, sadəcə, futboldan həzz almaq istəyirəm”

İdman

16.11.2024 12:29

Portuqaliya millisinin və “Əl-Nəsr” klubunun hücumçusu Kriştiano Ronaldo karyerasını nə vaxt bitirəcəyini açıqlayıb. 

TodayPress xarici KİV-ə istinadən xəbər verir ki, 39 yaşlı hücumçu futboldan həzz almaq istədiyini vurğulayıb:

“Tezliklə 40 yaşım olacaq. Motivasiya hiss etdiyim müddətdə futboldan həzz almaq istəyirəm və oynamağa davam edəcəyəm. Motivasiya hiss etmədiyim gün karyeramı başa vuracağam”.

Qeyd edək ki, Kriştiano Ronaldo cari mövsüm “Əl-Nəsr”in heyətində 15 matçda 10 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun Ər-Riyad təmsilçisi ilə müqaviləsinin müddəti 2025-ci ilin yayına qədər nəzərdə tutulub.

Namiq HUN

tag: Ronaldo, Əl-Nəsr, Ronaldo,Portuqaliya, todaypress.az,