Ronaldo: “Mançester Yunayted"in yenidən qurulması lazımdır"
İdman
11.09.2024 17:51
Səudiyyə Ərəbistanının “Əl-Nəsr” və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo "qırmızı şeytanlar"la bağlı fikirlərini bölüşüb.
TodayPress xəbər verir ki, forvard baş məşqçi Erik ten Haqın klubdakı işinə diqqət yetirib.
“Mançeçester Yunayted” mənim fikrimcə, yenidən qurulmalıdır. Məşqçi deyir ki, komanda çempionluq və Çempionlar Liqasını qazanmaq üçün mübarizə apara bilməz. Baş məşqçi bunu deyə bilməz. O, düşünə bilər: “Bizim bu potensialımız yoxdur, amma bunu deyə bilmərəm. Biz çalışacağıq. Biz cəhd etməliyik.
Əgər ten Haq Rud van Nistelroya qulaq assa, bu ona kömək edər. Çünki o, klubu tanıyır və klub orada olan uşaqlara qulaq asmalıdır. Bilik olmadan klubu yenidən qura bilməzsiniz. Ofisdə işləyən uşaqlar deyil” deyə Ronaldo bildirib.
Namiq HUN
tag: Ronaldo, Mançester Yunayted , Erik ten Haq, Məşqçi,Çempionlar ,todaypress.az,