Ronaldo Kovaçiçi Səudiyyə Ərəbistanına aparır?

İdman

07.09.2024 09:45

“Mançester Siti”nin yarımmüdafiəçisi Mateo Kovaçiç klubda qalacaq.

TodayPress xəbər verir ki, xorvat futbolçunun karyerasını Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda davam etdirə biləcəyi barədə məlumatlar yayılmışdı.

Məlum olub ki, Kovaçiçin Səudiyyə Ərəbistanına transferi ilə bağlı danışıqlar aparılmayıb. Ola bilsin ki, qış transferində nəsə olacaq, amma indi heç nə baş vermir.

Qeyd edək ki, orta sahə oyunçusu ilə "Əl-Nəsr" klubu maraqlanır. Ər-Riyad təmsilçisi xorvatiyalını qışda heyətinə qatmağı planlaşdırır. Kovaçiçin keçidində Kriştiano Ronaldonun israrlı olduğu bildirilir.

30 yaşlı futbolçu 2023-cü ilin yayından “şəhərlilərdə çıxış edir. Mateo Kovaçiç ötən mövsüm 51 oyun keçirib, 3 qol vurub və iki məhsuldar ötürmə edib. 

Onun “Mançester Siti” ilə müqaviləsi 2026-2027 mövsümünün sonuna qədər qüvvədədir.

Namiq HUN

tag: Ronaldo, Kovaçiç, Səudiyyə Ərəbistan, Əl-Nəsr, Ər-Riyad ,todaypress.az,