Ronaldo karyerasının 913-cü qolunu vurdu
İdman
26.11.2024 10:21
Kriştiano Ronaldu “Əl-Nəsr”in heyətində yenə adından söz etdirib.
TodayPress xəbər verir ki, Səudiyyə Ərəbistanı təmsilçisinin portuqaliyalı ulduzu Asiya Çempionlar Liqasında dublla yadda qalıb.
O, “Əl-Qarafa” ilə səfər qarşılaşmasının 46-cı və 64-cü dəqiqələrində fərqlənib.
Nəticədə 39 yaşlı forvard karyerasındakı qol sayını 913-ə çatdırıb.
Namiq HUN
tag: Ronaldo, Əl-Nəsr,Səudiyyə Ərəbistan,Əl-Qarafa, Qol, todaypress.az,