Ronaldo ilkə imza atdı

İdman

13.10.2024 16:07

Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo yeni rekorda imza atıb.

TodayPress xarici KİV-ə istinadən xəbər verir ki, hücumçu yığmada keçirdiyi rəsmi oyunlarda 100 qələbə qazanan ilk futbolçu olub.

39 yaşlı ön xətt oyunçusu bunu ötən gün Millətlər Liqasında baş tutan Polşa ilə görüşdə reallaşdırıb. Bundan əlavə o, yoldaşlıq oyunları da daxil olmaqla qələbələrin sayına görə İspaniya millisinin sabiq müdafiəçisi Serxio Ramosun rekordunu (131) təkrarlayıb.

Qeyd edək ki, Polşa - Poruqaliya matçı qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. K.Ronaldu görüşün 37-ci dəqiqəsində fərqlənib.

tag: Ronaldo, Futbol,Poruqaliya ,Rekord,todaypress.az,