Ronaldo gümüş medala layiq görüldü

İdman

18.08.2024 15:05

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun portuqaliyalı futbolçusu Kriştiano Ronaldo Superkubokun gümüş medalını almaqdan imtina edib.

TodayPress xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

Ronaldo mükafatlandırma mərasimində qalmaqdan imtina edib və meydanı tərk edib. Buna səbəb kubok uğrunda döyüşdə “Əl-Nəsr”in məğlubiyyəti olub.

Səudiyyə Ərəbistanı Superkuboku uğrunda "Əl-Nəsr" - "Əl-Hilal" matçı avqustun 17-də keçirilib və 4:1 hesabı ilə "Əl-Hilal"ın xeyrinə başa çatıb. Komandasının yeganə qolunu Ronaldo vurub.

Beləliklə, bu, Ronaldonun kluba qoşulmasından sonra “Əl-Nəsr”ın uduzduğu səkkizinci turnirdir.

Xatırladaq ki, Ronaldo 30 dekabr 2022-ci ildə “Əl-Nəsr”a keçib. 39 yaşlı forvardın müqaviləsi 2025-ci ilin iyununa qədərdir.

Töhfə Səməd

tag: Ronaldo, Ərəbistan, Əl-Nəsr, Forvard, Müqavilə, todaypress.az,