Ronaldo “Ginnesin Rekordlar Kitabı”na düşdü
“Ginnesin Rekordlar Kitabı” Kriştiano Ronaldonun rekordunu qeydə alıb.
TodayPress xəbər verir ki, portuqaliyalı hücumçunun “YouTube” kanalına ilk 24 saat ərzində 19,7 milyon insan abunə olub.
Layihənin fəaliyyətə başlamasından 6 gün sonra onun abunəçilərinin sayı 48 milyon nəfərdir.
Ronaldo ilk milyonunu bir saat yarım ərzində qazanmışdı. Daha əvvəl heç kim bunu bacarmayıb.
Qeyd edək ki, 39 yaşlı futbolçu 2023-cü ilin əvvəlindən Səudiyyə Ərəbistanı çempionatında çıxış edir. O, ötən mövsüm “Əl-Nəsr”in heyətində 35 qolla liqanın bombardiri olub.
Namiq HUN
tag: Ginnesin Rekordlar Kitabı,Kriştiano Ronaldo,Əl-Nəsr, Səudiyyə Ərəbistan, todaypress.az,