Ronaldo “Fənərbağça”ya gəlir?
İdman
22.11.2024 09:42
“Fənərbağça”nın baş məşqçisi Joze Mourinyo “Əl-Nəsr” klubunun hücumçusu Kriştiano Ronaldonu transfer etməkdə maraqlıdır.
TodayPress “Fotomaç”a istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis həmyerlisinə telefonla şəxsən zəng edərək ondan mümkün keçidlə bağlı soruşub.
“Orada xoşbəxtsən? Getmək istəməyinizlə bağlı söz-söhbətlər var. Əgər bu doğrudursa, “Fənərbağça”ya keçmək istərdinizmi?” Joze Kriştianodan xəbər alıb.
Lakin Ər-Riyad təmsilçisinin forvardının cavabı mətbuata məlum deyil.
Qeyd edək ki, Joze Mourinyo və Kriştiano Ronaldo 2010-2013-cü illər aralığında “Real Madrid”də birlikdə çalışıblar. Onlar birgə 3 kubok qazanıblar.
Namiq HUN
tag: Ronaldo, Fənərbağça, Ər-Riyad,Joze Mourinyo,todaypress.az,