Ronaldo ərəblərlə yeni müqavilə imzalayacaq

İdman

11.04.2025 10:34

6

“Əl-Nəsr” klubu Kriştiano Ronaldo ilə müqavilə müdddətini artırmağa hazırlaşır.   

TodayPress xəbər verir ki, bu barədə “Sportitalia” nəşri məlumat yayıb. 

40 yaşlı portuqaliyalı futbolçu ilə sözləşmənin daha 2 il uzadılacağı bildirilir.  

Qeyd edək ki, hücumçu 2023-cü ilin qışında “Əl-Nəsr”ə qoşulub.

O, ötən müddət ərzində bütün turnirlərdə keçirdiyi 98 oyunda 88 qol vurub və 19 məhsuldar ötürmə edib.

Ronaldo cari mövsümdə isə Ər-Riyad təmsilçisinin heyətində 34 matçda 30 qol və 4 asistlə yadda qalıb.   

Forvardın “Əl-Nəsr”lə hazırkı müqaviləsi 2025-ci ilin yayına qədərdir.   

Namiq HUN

tag: Ronaldo, Ərəbistan, Əl-Nəsr, Forvard, Müqavilə, todaypress.az,