Ronaldo Ər-Riyad təmsilçisi ilə müqaviləni uzadır

İdman

14.01.2025 10:56

“Əl-Nəsr” klubunun və Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı təmsilçisi ilə müqaviləsini bir mövsümlük uzadacaq.

TodayPress xəbər verir ki, bu barədə “Al Khabar” nəşri məlumat yayıb.

Ronaldonun Ər-Riyad təmsilçisi ilə hazırkı müqaviləsi bu ilin yayında başa çatacaq. 

Forvard artıq müqavilənin müddətinin uzadılması təklifini qəbul edib. 

2023-cü ilin yanvarından “Əl-Nəsr”də çıxış edən Ronaldo, yeni müqaviləyə görə ildə 200 milyon avro almalıdır. Portuqaliyalı ulduz futbolçu dünyanın ən yüksək maaşlı futbolçusu olaraq qalacaq. Kriştiano həftədə təxminən 3,8 milyon avro qazanacaq.

Namiq HUN

tag: Əl-Nəsr, Ronaldo, Müqavilə, Təklif, todaypress.az,