Ronaldo “Əl-Nəsr”in şərikli sahibi olacaq

İdman

15.01.2025 15:43

Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Nəsr”lə müqavilə müddətini uzatdıqdan sonra klubun şərikli sahibi olacaq.

TodayPress “Marca” nəşrinə istinadən xəbər verir ki, o, klubun 5 faiz payına yiyələnəcək.

Qeyd edək ki, 39 yaşlı futbolçunun Səudiyyə Ərəbistanı təmsilçisi ilə müqaviləsinin müddətini 2026-cı ilə qədər uzadacağı və bu anlaşmadan 200 milyon avro qazanacağı bildirilir. 

K.Ronaldo 2023-cü ilin yanvarından “Əl-Nəsr”də çıxış edir. O, Ər-Riyad təmsilçisinin heyətində meydana çıxdığı 90 oyunda 81 qol vurub.

Namiq HUN

tag: Portuqaliya, Əl-Nəsr, Ronaldo ,Futbol ,todaypress.az,