Ronaldo “Əl-Nəsr”i Superkubokun finalına çıxartdı

İdman

15.08.2024 10:03

1283

“Əl-Nəsr” futbol klubu Səudiyyə Ərəbistanı Superkubokunun yarımfinal matçında “Əl-Taavon”u məğlub edib.

TodayPress xəbər verir ki, Abha qarşılaşması “Əl-Nəsr”in 2:0 hesablı qələbəsi ilə ilə başa çatıb.

8-ci dəqiqədə Ayman Yəhya Kriştiano Ronaldonun ötürməsindən sonra oyunda hesabı açıb. Ronaldo isə 57-ci dəqiqədə komandasının 2-ci qolunun müəllifi olub.

“Əl-Nəsr” Səudiyyə Ərəbistanı Superkubokunun finalında “Əl-Hilal”la qarşılaşacaq.

Namiq HUN

tag: Ayman Yəhya,Kriştiano Ronaldo,Səudiyyə Ərəbistan,Əl-Nəsr,Əl-Taavon, todaypress.az,