Ronaldo “Əl-Nəsr”dən ayrılacaq?
Səudiyyə Ərəbistanının “Əl-Nəsr" klubunun futbolçusu Kriştiano Ronaldo klubunu dəyişə bilər.
TodayPress “Sport Bible”ə istinadən xəbər verir ki, Ronaldo klublararası dünya çempionatında iştirak etmək üçün “Əl-Nəsr”dən ayrılmağı düşünür.
Avropa nəhənglərindən “Çelsi” və “Mançester Siti” Ronaldonu transfer etməkdə maraqlıdır.
40 yaşlı forvard turnirdə iştirak etmək üçün bu klublardan biri ilə 1 aylıq müqavilə bağlaya bilər.
Namiq HUN
tag: Ronaldo, Ərəbistan, Əl-Nəsr, Müqavilə,todaypress.az,