Ronaldo “Əl Nəsr”dən ayrıla bilər - Səbəb
İdman
01.01.2025 12:40
Portuqaliyalı hücumçu Kriştiano Ronaldo “Əl Nəsr”dən ayrıla bilər.
TodayPress xəbər verir ki, bu barədə “Maisfutebol” nəşri məlumat yayıb.
40 yaşlı futbolçu çempionluq yarışında olan komandada oynamaq istəyir və bu səbəbdən “Əl Nəsr”dən ayrıla bilər.
Komanda Səudiyyə Ərəbistanı çempionatında 13 turdan sonra 25 xalla 4-cü sıradadır və lider “Əl İttihad”dan 11 xal geri qalır.
tag: Portuqaliyal,Hücumçu,Kriştiano Ronaldo,Əl Nəsr,Səudiyyə Ərəbistanı,todaypress.az,