Ronaldo doğma klubuna qayıdır?
“Əl-Nəsr” klubunun hücumçusu Kriştiano Ronaldo yayda “Sportinq”ə qayıtmaq variantını nəzərdən keçirir.
TodayPress “beIN Sports”a istinadən xəbər verir ki, portuqaliyalı futbolçunun belə bir qərar verməsinə “Əl-Nəsr”də mükafat qazanmaması təsir edir.
O, hücumçu Viktor Qyökereşin əvəzinə “Sportinq”ə keçə bilər. Ronaldo maaşının azaldılmasına da hazırdır.
Ronaldo cari mövsüm bütün turnirlərdə 39 oyuna çıxaraq 33 qol vurub və 4 məhsuldar ötürmə edib.
Namiq HUN
tag: Ronaldo, Ərəbistan, Əl-Nəsr, Forvard, todaypress.az,