Ronaldo daha bir tarix yazdı

İdman

31.01.2025 13:32

“Əl-Nəsr” klubunun futbolçusu Kriştiano Ronaldo növbəti tarixi rekorda imza atıb. 

TodayPress xəbər verir ki, göstərici Səudiyyə Ərəbistanı çempionatının son turunda səfərdə “Əl-Raed” üzərində qazanılmış 2:1 hesabı ilə qələbədən sonra reallaşıb. 

Kriştiano oyunda fərqlənməklə karyerasındakı qol sayını 921-ə yüksəldərək tarixi rekorda nail olub. 

O, həmçinin tarixdə klub səviyyəsində 700 qalibiyyət həddinə çatan ilk futbolçudur.  

Namiq HUN

tag: Ronaldo,Tarix,Nəticə,Rekord,Əl-Nəsr,Todaypress.az,