Ronaldo daha bir ilkə imza atdı

İdman

25.11.2024 13:37

Portuqaliyalı futbol ulduzu Kriştiano Ronaldo 200 fərqli komandaya qol vuran ilk oyunçu olub.

TodayPress xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) rəsmi saytı məlumat yayıb.

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edən hücumçu göstəriciyə “Əl-Qadisiya”ya uduzduqları (1:2) çempionatın XI turunun matçında fərqlənməklə nail olub.

39 yaşlı forvard 152 kluba və 48 milliyə qol vurmağı bacarıb. O, ümumilikdə 270 (198 klub, 72 yığma) komandaya qarşı oynayıb.

Qeyd edək ki, Ronaldonun ən çox qol vurduğu klub “Sevilya”dır (27 qol). O, Lüksemburq millisinin qapısından isə 11 top keçirib.

Namiq HUN

tag: Ronaldo, Əl-Nəsr, Portuqaliya, IFFHS,Səudiyyə Ərəbistan,todaypress.az,