Ronaldo Çempionlar Liqasında fərqləndi
İdman
01.10.2024 09:51
Kriştiano Ronaldonun şərəfini qoruduğu “Əl-Nəsr” klubu Asiya Çempionlar Liqasında növbəti oyununa çıxıb.
TodayPress xəbər verir ki, II tur çərçivəsində Səudiyyə Ərəbistanı təmsilçisi Qətərin “Əl Rayan” klubunu qəbul edib.
Matç “Əl-Nəsr”in 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Hesabı birinci hissədə Sadio Mane açıb. Kriştiano Ronaldonun qolu isə "Əl-Nəsr"ə Asiya Çempionlar Liqasında qələbə qazandırıb.
Qonaq komandanın yeganə qolunu Rocer Qedeş vurub.
Qeyd edək ki, Kriştiano Ronaldo cari mövsüm klub səviyyəsində bütün turnirlər nəzərə alınmaqla 7 qol vurub.
Namiq HUN