Ronaldo Bellinqemi dəstəklədi
İdman
07.01.2025 17:12
Portuqaliya millisinin və “Əl-Nəsr” klubunun hücumçusu Kriştiano Ronaldo “Real Madrid”in yarımmüdafiəçisi Cud Bellinqemdən danışıb.
TodayPress “Sky Sports”a istinadən xəbər verir ki, forvard ingilis futbolçunu tərifləyib. O, Bellinqemin “Qızıl top”a layiq olduğunu deyib:
“Cud Bellinqem böyük istedaddır. O, “Qızıl top”u qazana bilər”.
Xatırladaq ki, Bellinqhem dekabrın 27-də “Globe Soccer Awards”ın 2024-cü ilin ən yaxşı yarımmüdafiəçisi mükafatına layiq görülüb.
Namiq HUN
tag: Forvard, Futbolçu, İngilis ,Real Madrid, todaypress.az,